
ADR Partiyası iştirakçı demokratiyaya dinc keçidin reallaşması üçün ölkədə aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir:
1) Parlamentdə “Lüstrasiya haqqında” Qanun qəbul edilir;
2) Konstitutsiya islahatlarının aparmaq üçün müstəqil, iqtidar və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə işçi qrupu yaradılır;
3) Azad və ədalətli seçkinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası müstəqil, iqtidar və müxlif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə yenidən formalaşdırılır.
4) Qarışıq seçki sistemi bərpa olunur və parlamentin tərkibi 150 nəfərə qədər genişləndirilir və onların yarısı proporsional, digər yarısı isə mojaritar qaydada seçilir.
5) Hakimiyyətin hər üç qolunun bir-birinə qarşılıqliı nəzarət edə bilməsi üçün hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, icra hakimiyyətinin səlahiyyətləri məhdudlaşdılır, paralel icra strukturları, o sıradan vitse prezidentlik institutu ləğv edilir, Milli Məclisin və Məhkəmə hakimiyyətinin səlahiyyətləri genişləndirilir;
6) İnsan hüquqlari üzrə ixtisaslaşmiş nüfuzlu beynəlxalq təşkilatların illik hesabatlarında ölkəmiz haqqında qaldırılan problemlər hakimiyyət, müstəqil və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə yaradılmış işçi qrupu tərəfindən araşdırılır, əldə edilmiş tapıntılar uyğun dövlət orqanlarının icraatına, ictimaiyyətin nəzarətinə verilir.
7) Korrupsiya, çirkli pulların yuyulması, qanunsuz maliyyə əməliyyatları və xaricə kapital axını ilə bağlı beynəlxalq təşkilatların illik hesabatlarında ölkəmiz haqqında dərc edilən araşdırmalar hakimiyyət, müstəqil və müxalif mövqeli təşkilatların bərabər təmsilçilərindən ibarət tərkibdə yaradılmış işçi qrupu tərəfindən araşdırılır, əldə edilmiş nəticələr və uyğun dövlət orqanlarının icraatına, ictimaiyyətin nəzarətinə verilir. Bundan sonra, maliyyə amnitsiyası elan edilir.
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara üzv olarkən təməl insan hüquq və azadliqlarına dair üzərinə götürdüyü öhdəliklər qisa bir zamanda həyata keçirilır;
8.1. Vətəndaşlarin sərbəst toplaşma azadliği təmin edilir;
8.2. Vətəndaşlarin könüllü birləşmək hüququna yaradilan süni maneələr aradan qaldirilır;
8.3. Vətəndaşların sərbəst hərəkət imkanına maneələr aradan qaldırılır, quru sərhədlər açılır.
8.4. Siyasi məhbuslar azad edilir.
8.5. Söz və mətbuat azadığı təmin olunur, difarmasiya haqqında qanun qəbul edilir;
8.6. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış hüquqi və institutsional baryerlər aradan qaldırılır.
9) Təməl insan hüquq və azadliqlarının təmin olunmasi üçün ayrica konstitutsiya qanunu qəbul edilir və qanunun pozulmasına görə ən ağir cəza növü tətbiq olunur;
10) Azərbaycan Avropa Şurası tərəfindən formalaşan “korrupsiyaya qarşi dövlətlər qrupu“nun (GRECO) tövsiyələrinə əməl edir:
10.1. Azərbaycanda Avropa Şurası tərəfindən hazirlanmiş “korrupsiyaya qarşi cəza qanunu“ qüvvəyə minir;
10.2. Korrupsiya və rüşvətə qarşi mübarizə məqsədi ilə istinasız olaraq bütün dövlət qulluğunda çalışan şəxslərdən illik gəlir deklarasıyası tələb olunur;
10.3. Məhkəmələrin müstəqlliyi təmin olunur;
10.4. Maraqlar münaqişəsi haqqında Qanun qəbul edilir;
10.5. Dövlət sifarişlərinin icrası rəqabətli və açıq tenderlər əsasında təşkil olunur, şəffaflıq və hesabatlılıq standartları sərtləşdirilir.
11) Yerli idarəetmə islahatları çərçivəsində:
11.1. Bələdiyyələrin maliyyə imkanları və səlahiyyətləri genişləndirilir.
11.2. Bakı və Gəncə şəhərlərində böyük şəhər bələdiyyəsi yaradılır.
12). Avro-atantika məkanına inteqrasiya sürətləndirilir.
12.1. Azərbaycan dövlətinin avroatlantik məkana inteqrasiyasi prosesini sürətləndirmək XİN nəzdində məqsədi ilə avroatlantik məkana inteqrasiya departamenti yaradilır;
12.2. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini qiymətəndirmək üçün ekspert qrupu yaradılır, onların tapıntıları və tövsiyyələrinə əməl edilir;
12.3. Azərbaycanla Avropa İttifarı arasında Assosiasiya sazişi imzalanır;
12.4. Azərbaycanla Avropa İttifarı arasında dərin və hərtərəfli azad ticarət sazişi (DCTFA) imzalanır.
13). “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərə əməl edilır.
14) Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olur.
15). İctimai iştirakçılığı təmin etmək məqsədi ilə:
15.1. İnsan hüquqları üzrə İçtimai Nəzarət Komissiyası yaradılır;
15.2. Korrupsiyaya qarşi mübarizə üzrə İçtimai Nəzarət Komissiyası yaradılır;
15.3. Azad sahibkarlığı və rəqabəti dəstəkləmək üçün İçtimai Nəzarət Komissiyası yaradılır;
15.4. Dövlət qulluğunda çalışan şəxslərin illik gəlirləri və əmlakına dair bəyannaməsinin içtimayyətə təqdim olunmasının monitorinqi üçün İçtimai Nəzarət Komissiyası yaradılır;
15.5. Məhkəmə hakimiyyətinə İçtimai Nəzarət Komissiyası yaradılır;
15.6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarina İçtimai Nəzarət Komissiyası yaradılır;
15.7. Bələdiyyələrin fəaliyyətinə nəzarət etmək üçün icma əsaslı İçtimai Nəzarət Komissiyası yaradılır;
15.8. Polislərin fəaliyyətinə nəzarət etmək üçün müstəqil şəxslərdən ibarət İçtimai Nəzarət Komissiyası yaradılır
15.9. Dövlət hesabına maliyyələşən milli donor təşkilatlarına İçtimai Nəzarət Komissiyası yaradılır.
15.10. İctimai Nəzarət Komissiyaları ayda bir dəfə apardıqları monitorinqlərin nəticələrini mətbuata açıqlayırlar.
ADR Partiyası İştirakçı Demokratiyaya keçid Yol xəritəsini hazirlayarkən dövlət siyasətinin əsas istiqamətlərini ayrı-ayrılıqda təhlil edərək bu qənaitə gəlmişdir ki, yuxarıda göstərilən təxirə salinmaz tədbirlər qisa bir zamanda həyata keçirilməlidir.
Xalq Hakimiyyətinə (İştirakçı Demokratiyaya) Yol Xəritəsi "Azərbaycan Demokratiya və Rifah" (ADR) Partiyasının Ali Məclisinin 31 iyul 2022-ci il tarixli 5-ci sessiyasında qəbul edilmişdir.