AVROPA MƏHKƏMƏSİ QUBAD İBADOĞLU İLƏ BAĞLI İDDİANI TƏMİN ETDİ
ÜSTƏLİK, 41-Cİ QAYDA ÜZRƏ PRİORİTET HÜQUQUNU TANIDI
Aşağıda qərarı Azərbaycan dilində təqdim edirəm. Qısa şəkildə deyim ki, Avropa Məhkəməsi Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib. Artıq hökumət qardaşımın qərarda təsbit olunmuş qaydada, konkret istiqamətlər üzrə xüsusi klinikada müayinə və müalicələrinin aparılmasını həyata keçirməli və bu barədə Avropa Məhkəməsini mütəmadi məlumatlandırmalıdır.
Daha bir sevindirici xəbər odur ki, Avropa Məhkəməsi Qubad İbadoğlunun işi ilə bağlı 41-ci qaydanın prioritetliyini qərarda təsbit edib. Bu da o deməkdir ki, qardaşımdan olan şikayətə Avropa Məhkəməsi NÖVBƏDƏNKƏNAR qaydada baxacaq.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir:
Qubad İbadoğlunun işi üzrə 39-cu Qaydaya uyğun olaraq aşağıdakıların təmin edilməsi ilə bağlı xahişinizə baxıldı:
1. Təqsirləndirilən şəxsin xəstəxanaya köçürülməsi;
2. Onun müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkili;
3. Azərbaycan hökuməti tərəfindən Qubad İbadoğlunun müalicəsi və sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılması.
20 sentyabr 2023-cü ildə növbətçi məhkəmə aşağıdakı qərarı qəbul etdi:
1. 39-cu qaydaya uyğun olaraq Azərbaycan hökuməti hansı tezlikdə müayinələrin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən aşağdakı məsələləri araşdırsın:
I. Aortanın anevrizmanın tipinin müəyyənləşdirilməsi;
II. Müayinələrin hansı tezlikdə aparılması (məsələn, kompüter tomoqrafiyası, ültrasəs müayinəsi və digər müayinələr);
III. Aortanın genişlənməsi faktının müəyyənləşdirilməsi;
IV. Aortanın kökünün hansı sürətlə böyüməsi;
V. Hər hansı digər faktorların mövcudluğu (aortanın mövcud vəziyyəti, yaş, irsi anamnez, xəstəkik tarixçəsi, iltihab və ya genetik əsaslı infeksiyalar və sair).
Bütün bunların təmin olunması üçün Qubad İbadoğlunun xüsusi klinikaya köçürülməsi tələb oluna bilər.
2. Hökumətin üzərinə bundan sonra aparılan müayinələrin nəticələri, Qubad İbadoğlunun səhhəti və müalicəsi barədə Avropa Məhkəməsini məlumatlandırmaq vəzifəsi qoyulur.
Tərəflərin diqqətinə çatdırılır ki, 39-cu qaydada göstərilən tədbirlərə əməl olunmaması Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacaq.
3. MƏHKƏMƏ QUBAD İBADOĞUNA 41-Cİ QAYDANIN PRİORİTET (ÖNCƏLİK) HÜQUQUNU TANIYIR.