Ötən həftənin sonu Böyük Britaniyanın nüfuzlu Oksford Universiteti dünya şöhrətli alim, professor Qubad İbadoğlunun saxta ittihamlarla qanunsuz həbsi ilə bağlı müzakirə keçirib.
Seminarın təşkilatçıları Michael Rochlitz (Associate Professor in the Economies of Russia, Eastern Europe and Eurasia at the Oxford School of Global and Area Studies and Fellow at St Antony's College, University of Oxford) və Alexander Morrison (Oksford Nizami Gəncəvi Məktəbinin direktoru) olublar.
Müzakirədə səslənən çıxışlardan bəzi hissələri təqdim edirəm.
Jody Laporte (“Studies of Philosophy, Politics and Economics at the University of Oxford”un direktoru): “Kleptokratiya Azərbaycanda çox geniş təşəkkül tapıb. Mən Qafqaz ölkələrində bu problemin nə dərəcədə mövcud olması və səbəb-nəticələri barədə tədqiqatlar aparıram. Azərbaycam hakimiyyəti sərvətini xarici ölkələrdə saxlamaqda davam edir. Post-sovet ölkələri içərisində bu problem özünü ən çox Rusiyada və Azərbaycanda büruzə verir. Azərbaycanda neft və qaz fəlirlərindən asılılıq ölkənin inkişafında buxova çevrilir.
Azərbaycanda Qubad İbadoğlu kimi həyatını riskə ataraq bu problemləri arasdiran alim və tədqiqatçılar olmasaydı, biz heç vaxt bu istiqamətdəki araşdırmalarımızda uğur əldə edə bilməzdik. Mən Qubad İbadoğlunun araşdırmalarını çox yüksək qiymətləndirirəm, onun bu sahədəki rolu danılmazdir”.
John Heathershaw (Associate professor of international relations at the University of Exeter, UK):
“Mən Mərkəzi Asiyada kleptokratiyanın nəticələrini araşdırsam da, deməliyəm ki, Qubad İbadoğlu Azərbaycanda bu problemi çox dərindən tədqiq eləmişdi. Onun araşdırmaları yüksək peşəkarlığına görə beynəlxalq səviyyədə çox böyük maraqla qarşılanırdı. Bu da Azərbaycan hakimiyyətinə problem yaradırdı. Qubad İbadoğlu korrupsiya sahəsindəki tədqiqatları ilə bu istiqamətdə aparılan işlərə müstəsna töhfə verib”.
İbad Bayramov (Qubad İbadoğlunun oğlu): “ Mənim atam ABŞ-ın və Avropanın nüfuzlu universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, Azərbaycandakı korrupsiya faktları, ictimai vəsaitlərin şəffaf xərclənməsi istiqamətində əhatəli tədqiqatlar aparıb, xalqın daha yaxşı cəmiyyətdə yaşaması, neft və qaz gəlirlərinin əhalinin rifahı naminə şəffaf və hesabatlı istifadəsi ilə bağlı mütəmdai siyasət təklifləri hazırlayıb. Ancaq onun qeyd etdiyim sahələrdəki fəaliyyəti Azərbaycan hakimiyyəti tərəfindən xoş məramla qarşılanmadığından o, hazırda saxta və gülünc ittihamlarla 5 aydlr ki, həbsdə saxlanılır”.
Tədbirin sonunda çıxışçılar professor Qubad İbadoğlunun tezliklə həbsdən azad olunacağına ümidlərini ifadə etdilər.
Şəkildə (Soldan sağa): Michael Rochlitz, Alexander Morrison, İbad Bayramov, John John Heathershaw və Jody Laporte