
Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyecek), ben vicdani-beseriyyete inaniyorum.