1993-cü ildə təməli qoyulan, 175 ölkədə 15 mindən çox üzvü olan ictimai fəalların və təşkilatların qlobal alyansı CIVICUS mədən sənayesində şəffaflıq, hesabatlılıq və insan hüquqları sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Crude Accountability-nin icraçı direktoru Kate Watters-dən Azərbaycanda insan haqlarının vəziyyəti, COP29, Söyüdlü hadisələri və digər məsələlərlə bağlı müsahibə alıb.

Müsahibədən bəzi hissələri təqdim edirəm:

Sual: Neft sənayesi Azərbaycanda insan hüquqlarının pozulmasına necə şərait yaradır?

Cavab: Azərbaycanda əsas problem korrupsiyadır ki, bu da hakimiyyətin bir qolu olan icra hakimiyyəti ilə neft sənayesinin sıx əlaqəsinin nəticəsidir. Azərbaycanda neft sektorunda fəaliyyət göstərən xarici şirkətlər böyük layihələr həyata keçirir və nəhəng pulları idarə edirlər. Məsələn, British Petroleum (BP) nəhəng xarici investordur, Azərbaycan neft sənayesinin əsas layihələrində iştirak edir, Azərbaycan neftinin 80%-nin ixrac olunduğu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsas səhmdarı və operatorudur. BP Azərbaycanda bu sahənin inhisarçısıdır. O Azərbaycanda ki, ixracın 95%-i, büdcə gəlirlərinin 75%-i, ÜDM-in isə 42%-i neft və qazdan formalaşır.

Neft-qaz sənayesinin rəhbərləri ölkənin bütün maliyyə-iqtisadi dinamikasına nəzarət edirlər. Mədən sənayesindən gələn böyük gəlirlər ekoloji tarazlığı pozmaqla yanaşı, korrupsiyanın mənbəyidir. Bu sahədə şəffaflığı təmin edən beynəlxlaq mexanizmlər qanunun aliliyinə əsaslanır ki, təəssüf ki, o da Azərbaycanda yoxdur.

Sual: Siz Azərbaycanda nəylə məşğulsunuz?

Cavab: Biz Azərbaycanda 2000-ci illərdən işləməyə başlamışıq. Biz neftdən ziyan görmüş təşkilatlar, icmalar, şəxslərlə işləyirik... Son bir neçə ildir ki, Azərbaycanda işləmək tərədaşlarımızın təhlükəsizliyi baxımından çox çətinləşib.

2023-cü ilin ortasından başlayaraq biz bütün səylərimizi dünyada tanınmış iqtisadçı, korrupsiya ilə mübarizə üzrə ictimai fəal Qubad İbadoğlunun azad olunmasına yönəltmişik. O 2023-cü ilin iyulunda qanunsuz həbs olunub, hazırda Bakının yaxınlığındakı istntaq təcridxanasında dəhşətli bir vəziyyətdə sxalanılır, zorakılığa məruz qalır, tibbi yardımla əhatə olunmur. Həbs olunan zaman o və həyat yoldaşı xüsusi zorakılığa məruz qalıb, onların maşınını əhatəyə alıb, saxlamağa məcbur ediblər. Qubad İbadoğluna və xanımına qarşı törədilmiş fiziki zorakılıq böyük həyəcan doğurur.

Biz Qubad İbadoğlunun və digər azərbaycanlı siyasi məhbusların, o cümlədən jurnalistlərin və vətəndaş cəmiyyətinə qarşı repressiyadan zərərçəkənlərin azadlığa çıxması istiqamətində işləyən alim, siyasətçi, jurnalist və fəalların beynəlxlaq koalisiyasının bir parçasıyıq.

Sual: Azərbaycanın vətəndaş cəmiyyəti bu gün hansı formada beynəlxalq yardıma ehtiyac duyur?

Cavab: BMT-nin iqlim dəyişkliyi konfransına – COP29-a bu il Azərbaycanın ev sahibliyi etməsi həm insan hüquqları, həm də ekoloji tarazlıq nöqteyi-nəzərindən ciddi problemlər yaradır. Azərbaycan iqlim dəyişkliyi ilə bağlı öhdəliklərini icra etmir. Bu ölkə metan qazı ilə bağlı qlobal öhdəliyi imzalayıb. Hətta Türkmənistan belə bu öhdəliyi imzalayıb.

Azərbaycanda insan haqlarının ciddi şəkildə pozulması və repressiya faktları vətəndaş cəmiyyətinin COP29 konfrasındakı iştirakını böyuk təhlükə altına alır. Bundan əlavə, Azərbaycanın heft-qaz sektorundakı korrupsiya ilə bağlı tədqiqat aparan ən məşhur iqtisadçısının hazırda həbsdə olması bizdə çox böyük narahatlıq doğurur.

Beynəlxalq ictimaiyyət COP29 öncəsi və bu konfransın gedişində Azərbaycandan şəffaflıq və hesabatlılıq tələb etməlidir. Dayanıqlı inkişaf və insan haqları çərçivəsində iqlim dəyişikliklərinin qanuni müzakirəsi ancaq vətndaş cəmiyyətinin fəal iştirakı ilə mümkündür. Həmçinin repressiyalara, avtoritarizmə və qapalı mülki cəmiyyətə qarşı mübarizə aparmaq üçün mütləq beynəlxlaq koalisiya yaratmaq çox vacibddir. Bu gün Azərbaycanın vətəndaş cəmiyyətinin həmrəyliyə, dəstəyə və maliyyə resurslarına böyük ehtiyacı var.

Qalıb Toğrul