Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmaq üçün dekabrın 22-də 5-ci dəfə Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərə guya yanvarın 25-də baxılıb və ƏN-in inkar cavabını da "sürətli daşınma xidməti" həyata keçiriən "Mail Express" şirkəti 76 gündən sonra aprelin 11-də ünvana çatdırıb. Hüquqi dövlətin qurulmasında başlıca dövlət orqanı sayılan ƏN-nin qanunsuzluqları hələdə davam edir . Qanunda nəzərdə tutulan 30 gün ərzində cavab verilməsi tələbini 100 gündən sonra geri tarixə rəsmiləşdirməklə məsuliyyətdən yayınır və gecikməni ört-basdır etmək üçün adını "sürətli poçt xidməti" qoyan ƏN qanunsuzluğuna şərik olan "Mail Express" şirkəti də məktubu guya Bakıdan Bakıya 76 günə çatdırır. Bununla da ADR Partiyasının qeydiyyatının məhkəmə orqanların mübahisələndirilməsini və Avropa Məhkəməsinə göndərilməsini ləngidir.
Qeyd olunanlara baxmayaraq ADR Partiyası təşkilatın dövlət qeydiyyatına alınması prosesində mövcud qanunvericiliyin tələbləri çərçivəsində mübarizəsini sonadək davam etdirəcəkdir.