“Zati-aliləri cənab M.Ə.Rəsulzadəyə, Azərbaycan Milli Mərkəzinin prezidentinə, Konstontinopola
Cənab Prezident!
Mən Sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istəklərini nümayiş etdirən zabitlərinə aid olan məktubunuzu təsdiq edirəm.
Mənim ən böyük arzum Azərbaycan ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir.
Hazırda hərbi məktəblərimizdə kifayət sayda yer olmadığından bu sualın qəti həllinə 1923-cü ilin payızına qədər cavab verməmək məcburiyyətindəyəm.
Cənab Prezident! Sizə olan dərin ehtiramımı qəbul etmənizi arzu edirəm.
Polşa Ordusunun Ali Baş Komandanı Marşal Pilsudski" .