Partiya haqqında
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası əsasən 21 fevral 2015 - ci il tarixdə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb və 17 oktyabr 2021 -ci ildə keçirilmiş təsis qurultayında elan edilib.
Qurultayda iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu partiyanın sədri seçilib.
Qurultayda 7 nəfərdən ibarət Mərkəzi Nəzarət Təftiş Komissiyası formalaşıb.
Qurultay Ali Məclis üzvlərinin səlahiyyətlərini təsdiq edib və üzvlərin 1/3 sayına bərabər tərkibdə sərbəst Məclis üzvlərini müəyyənləşdirib.
Partiyanın rəhbər orqanları Nizamnaməyə uyğun olaraq Ali Məclisdən, İdarə Heyətindən, MNTK-dan Sədrin rəhbərliyində müavinlik institutundan və İcra aparatından ibarətdir.