Professor, Dr. Qubad İbadoğlu
• 1971-ci ildə sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub;
• Orta məktəbi Bakıda, fizika-riyaziyyat təmayüllü 1-li internat məktəbdə bitirib;
• 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olub;
• 1987-ci il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub;
• 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (fərqlənmə diplomu ilə) bitirib;
• 1996-cı ildə eyni adlı universitetin aspiranturasını bitirib;
• 1999-2000-ci illərdə Polşada Varşava Ali İqtisad Məktəbində doktorluq proqramını müvəffəqiyyətlə başa vurub;
• 1995-1999-cu illərdə “Ekonomiks” İqtisad qəzetinin, 2000-2009-cu illərdə “Ekspert” İqtisad Jurnalının baş redaktoru olub;
• 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri seçilib;
• 2013-2015-ci illərdə Azərbaycan Beyin Mərkəzləri Assosiyasının sədri seçilib; • 2012-ci ildən İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi vəzifəsində çalışır;
• 2008-2011-ci illərdə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvü seçilib;
• 2009-2010-cu illərdə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin üzvü seçilib;
• 2011-2012-ci illərdə qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin üzvü seçilib;
• 2013-2019-cü illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü seçilib;
• 2020-ci ildən qərargahı Pekində yerləşən CAREC Beyin Mərkəzləri Şəbəkəsinin Strateji Məsləhət Qrupunun üzvüdür;
• 2014-15-ci illərdə BMT-nin İnkişaf Proqramının beynəlxalq məsləhətçi statusu ilə Qırğızıstan hökümətində müşavir vəzifəsində çalışıb, gömrük, vergi və büdcə siyasətinin effektivliyinin artırılması sahəsində islahat proqramlarına rəhbərlik edib;
• 2004/2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində çalışıb;
• 2008/2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində tədris proqramında iştirak edib;
• 2015-ci ildə Vaşinqtonda ABŞ-ın Demokratiyanı Himayə Fondunda Reagan-Fascel Demokratiya proqramının iştirakçısı olub;
• 2015/2016-cı tədris ilində Dürhamda ABŞ-ın Duke Universitetində ziyarətçi professor olub;
• 2017/2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabağcıl Tədqiqatlar İnstitutunda elmi tədqiqatlarla məşğul olub;
• 2018/2021-ci tədris illərində Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universitetində ziyarətçi professor olaraq İqtisadiyyat və Siyasi Elmlər bölümündə 4 kurs tədris edib;
• Hazırda, 2021-ci tədris ilindən Böyük Britaniyada London İqtisad və Siyasi Elmlər Məktəbinin professoru və baş elmi işçisi vəzifəsində çalışır;
• 1997-2014-cü illərdə Müsavat Partiyası Divanının üzvü və İqtisadi siyasət komissiyasının sədri olmuşdur;
• 2015-ci ilin fevral ayından Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının, 2021-ci ilin oktyabr ayından ADR Partiyasının sədridir.
• Dünyanın 80-dək ölkəsində işgüzar səfərlərdə olub, onlarla beynəlxalq və regional səviyyəli konfranslarda, dövlət tədbirlərində, elmi forumlarda, akademik müzakirələrdə məruzələrlə çıxış edib;
• İngilis, türk və rus dillərini bilir;
• Ailəlidir, 1 qızı, 2 oğlu vardır.