4 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radkal dini qrupun hucumuna məruz qalmışdır. Onlar səfirliyə daxil olaraq Azərbaycan bayrağını yerə ataraq təhqir etmiş, səfirliyimiz qarşısından öz "bayraqlarını" asmış və ölkəmizin suverenliyinə təcavüz etmişlər. Səfirlik binası və ərazisi beynəlxalq hüquqi normalara və kovensiyalara görə toxunulmazdır və Azərbaycanın hüquqi suveren ərazisi hesab olunur.

ADR Partiyası bu vandalizmi törədənləri Azərbaycanın konstitutsion quruluşuna, dövlətin süverenliyinə, ərazi bütövlüyünə qəsd və düşmən addımı kimi qiymətləndirir.

ADR Partiyası hesab edir ki, cinayət əməli Azərbaycanın suveren ərazisi sayılan səfirlikdə baş verdiyindən cinayətkarlar Azərbaycan qanunları ilə mühakimə edilərək cəzalandırılmalıdır.

Odur ki, ADR Partiyası Azərbaycan Xarici İşlər Nazirliyinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin dövlətimizə qarşı cinayət törətmiş (The Mahdi Servants Union) "Mehdinin quluqçuları birliyinin" üzvü olan şəxslərin Azərbaycana ekstradisiya edilmələri ilə bağlı yubanmadan Böyük Britaniya hökümətinə müraciət etmələrinin vacibliyini bəyan və tələb edir.