Kürdəxanı Təcridxanasının rəhbərliyi 33 gündür ki, gecələr kameranın işığını yanılı saxlamaqla Qubad İbadoğluna qarşı psixoloji təzyiqi davam etdirir. Bu, artıq psixoloji təzyiq də deyil, fiziki işgəncədir. Qardaşım gecələr normal yata bilmədiyindən gözlərinin altında şişkinlik əmələ gəlib. Vəkillərin şikayətini qulaqardına vuran təcridxana rəhbərliyinin bu kimi qeyri-insani rəftarı səbəbindən qardaşımın şəkəri, təzyiqi və ürək döyüntüsü normallaşmır.