AVROPA PARLAMENTİ PROFESSOR QUBAD İBADOĞLUNUN QANUNSUZ HƏBSİNİ MÜZAKİRƏYƏ ÇIXARIR
London İqtisad Məktəbinin saxta ittihamlarla həbs olunmuş professoru Qubad İbadoğlunun beynəlxalq müdafiəsi günbəgün, saatbasaat güclənir. Artıq ciddi və nüfuzlu qurumlar professorun təcili azad olunması istiqamətində əməli addımlar atmağa başlayıblar.
Avropa Parlamenti Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı güclənən beynəlxlaq hərəkata öz əvəzolunmaz töhfəsini verməyə hazırlaşır.
Qurumun yaydığı rəsmi məlumatda qeyd olunur ki, Avropa Parlamenti sentyabrın 13-də insan hüquqları, demokratiya və qanununun aliliyi mövzusunda təxirəsalınmaz müzakirələr keçirəcək. Starsburqda keçiriləcək plenar iclasın gündəliyinə
PROFESSOR QUBAD İBADOĞLUNUN QANUNSUZ HƏBSİ
məsələsi də salınıb.
Müzakirələrdən bir gün sonra, sentybarın 14-də məsələ ilə bağlı qətnamə qəbul olunacaq.