"Amnesty International" təşkilatı şərlənərək həbs olunmuş professor Qubad İbadoğlunun həbsini diqqətdə saxlayır. Dünən insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatın saytında "Azərbaycan: Hakimiyyət tanınmış alimi dərhal azad etməlidir" başlıqlı yazı yerləşdirilib.

Yazıda dünya şöhrətli azərbaycanlı alim və siyasi fəal Qubad İbadoğlunun səhhətinin kritik olması barədə ətraflı məlumat verilib, onun dərhal, qeyd-şərtsiz azad olunmasına, işgəncə faktında əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə çağırış səsləndirilib.

Yazıda deyilir: "Qubad İbadoğlunun həbsi fərqli düşüncənin və sağlam tənqidin susdurulması sahəsində Azərbaycan hüquq-mühafizə orqanlarının səlahiyyətlərindən sui-istifadə etməsinin bariz nümunəsidir."