Bu gün ADR Partiyasının İdarə Heyəti və bir qrup fəallar, eləcə də Qubad İbadoğlunun Hüquqlarını Müdafiə Komitəsinin bəzi üzvləri 52 gündür ki, haqsız yerə həbs həyatı yaşayan ADR sədri, professor Qubad İbadoğlunun 52-ci doğum gününü xüsusi mərasimlə qeyd ediblər. Mərasimi giriş sözü ilə açan ADR İH üzvü Rüfət Muradlının qısa çıxışından sonra tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov, MŞ Kordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, MK-nin üzvü Vahid Məhərrəmli, Qubad İbadoğlunun qardaşı Qalib Bayramov, ADR İH üzvləri Nuridə Hidayət, Ellada Məmmədli, Arifə Hüseynli, Əlövsət Sadıqlı, Ədalət Yusub, Hüseyn Məlik, Rafiq Ənvəroğlu, Rövşən Dəmirli, MNTK sədri Habil Əsgər, sədrin müşaviri Kəlam Hüseynov, Ali Məclis üzvləri Əliş Mehdi, Firəddin Əlioğlu, partiya fəalları Ziyafət Abbasova, Dilarə Miriyeva, Sevinc Məhərrəmli, Aybəniz Səttarqızı, Lüdmila Ağayeva çıxış edərək Qubad bəy haqda öz düşüncələrini paylaşıb, ona can sağlığı və haqq etdiyi azadlıq diləyiblər.