Müzakirədə deputatlar Azərbaycan hökumətinin ünvanına sərt ittihamlar səsləndirdilər və birmənalı olaraq professor Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etdilər.
Sabah, Bakı vaxtı ilə saat 14-16 arası hökumət üçün gözlənilməz sürprizlərlə dolu qətnamə açıq səsverməyə çıxarılacaq. Qətnamənin qəbul ediləcəyi ehtimalı çox böyükdür. Buna deputatların aşağıda təqdim olunan çıxışlarının xülasəsini oxuyanda Siz də əmin olacaqsınız.
ÇIXIŞLARDAN XÜLASƏLƏR:
Evin INCİR:
Biz kriminal rejimlə artıq iqtisadi müqavilələri davam edə bilmərik... Qubad İbadoğlu dərhal azad olunmalıdır. Mən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə, Xarici İşlər Nazirliyinə və bütün üzv dövlətlərə müraciət edirəm: Azərbaycanla bütün danışıqlarda Qubad İbadoğlunun məsələsini qaldırsınlar və onun dərhal azad olunmasını tələb etsinlər. Azərbaycanla bağlanan müqavilələrin davam etdirilməsinin yeganə şərti bütün siyasi məhbusların azadlığa buraxılması olmalıdır.
Petras AUŠTREVIČIUS:
Biz Azərbaycandan tələb etməliyik ki, Qubad İbadoğlunu dərhal azad etsinlər. Onun azad olunub-olunmaması Avropa Birliyinin Azərbaycanla əlaqələrinə təsir göstərəcək.
Viola VON CRAMON-TAUBADEL:
Təsəvvür edin ki dağların arasında sərvətlərlə zəngin, eyni zamanda, çox ağıllı və bacarıqlı vətəndaşları olan bir dövlət var. Və indi təsəvvür edin ki, həmin ölkə avtokrat lider tərəfindən idarə olunur, muxalifətə təzyiq edir, sıxışdırır, ictimai fəal və jurnalistləri təhdid edir və qanunsuz həbslər həyata keçirir. Azərbaycan xalqı daha yaxşısına layiqdir. Xalqın sərvətləri təhsilə xərclənilməlidir, Dubayda villalara yox. Ölkədəki neft və qaz sərvətləri geosiyasi şantaj kimi istifadə olunmamalıdır...
Azərbaycan demokratik, azad, siyasi məhbuslarsız ölkə ola bilərdi. Olmadı! Əgər belədisə, biz necə Azərbaycanı etibarlı tərəfdaş adlandıra bilərik?
Adam BIELAN:
Qubad İbadoğlu və həyat yoldaşının başına gələnlər, ölkədə insan hüquqlarının pozuntuması ilə bağlı aydın, konret misaldır... Biz inanırıq ki, Avropa Birliyi bu məsələdə öz sözünü deyəcək. Qubad İbadoğlu dərhal azad olunub, müvafiq tibbi yardım almalıdır.
Leopoldo LÓPEZ GIL:
Biz Qubad İbadoğlunun başına gələnlərə görə çox narahatıq. Bu gün Qubad İbadoğlu öz pedaqoji fəaliyyətini davam etdirə bilmir. Onun işi korrupsiyaya qarşı mübarizədir. Ancaq şəffaflıq uğrunda mübarizə ona öz sağlamlığı bahasına başa gəlir.
Bizim mənəvi borcumuzdur ki, ona kömək edək. Biz Azərbaycana səslənirik, Qubad İbadoğlunu dərhal azad edin və ona tibbi yardım göstərin.
Marina KALJURAND:
Mən səsimi o səslərə qatıram ki, həmin səslər Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırır. Ona elan olunmuş ittihamlar həddindən artıq absurddur, inandırıcı deyil... Bu gün Azərbaycanda siyasi vəziyyət çox pisdir, 200-dən çox siyasi məhbus var, ictimai fəallar müxtəlif formada respressiyaya məruz qalırlar. Bu Avropa ilə münasibətləri qoruyub saxlamaq istəyən Azərbaycan üçün qəbuledilməzdir.
Markéta GREGOROVÁ:
Azərbaycanda insan hüquqları getdikcə pisləşir və bu gün Qubad İbadoğlunun işi qarşımızdadır. Bu iş Azərbaycandakı dəhşətli repressiyaların bir nümunəsidir. Bu nümunələr bizi dərhal hərəkətə keçməyə çağırır. Biz Avropa Birliyi olaraq Azərbaycanı bu repressiyaları dayandırmağa məcbur etməliyik.
Fabio Massimo CASTALDO:
Qubad İbadoghlunun qanunsuz həbsi ölkədə repressiyaların tugyan etməsinə bariz misaldır... Bu pozuntular bizim üçün təhlükə zəngləri çalır. Bizim göstərməliyik, Bakıdaki rejimin bu qəddar hərəkətləri tolerantlıqla qarşılanmayacaq. Biz, Avropa Parlamenti olaraq bütün siyasi məhbusların azad olunmasını təmin etməliyik, qaz və neft müqavilələri ölkədəki azadlıqların məhdudlaşdırılmasını pərdələməyəcək! (səsinin tonu dəyişir, həyəcanla danışır)
Michaela ŠOJDROVÁ:
Biz hamımız Qubad İbadoğlunun həbsinin mahiyyətini bilirik. Bu iş Azərbaycandaki sistemli repressiyanın bir nümunəsidir. Ölkədə 200-dən çox siyasi məhbus var. Biz Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Azərbaycan bütün siyasi məhbusları azad etməlidir. Biz Xarici İşlər Nazirliyindən, Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəlikdən, hər kəsdən məhz bu işi (Qubad İbadoğlunun məsələsini nəzərdə tutur – red.) qaldırmağıı tələb edirik.
Isabel SANTOS:
Azərbaycan bütün siyasi məhbuslari qeyd-şərtsiz azad etməlidir, əgər bu baş verməsə, iqtisadi əməkdaşlıqlardan söhbət belə gedə bilməz.
François ALFONSI:
Gün kimi aydındır ki, Qubad İbadoğlunun həbsi qanunsuzdur, diktatorun göstərişidir, o zaman Azərbaycanı necə etibarlı trəfdaş adlandıra bilərik. Bu, belə olmamalıdır.
Stanislav POLČÁK çıxışında Qubad İbadoğlunun həbsinə loyal yanaşan alman deputat Maximilian Krahı tənqid elədi.
Elisa FERREIRA:
Mən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell adından danışıram, biz dəfələrlə Azərbaycandakı rəsmi şəxslərə Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin həbsi ilə bağlı narahatçılığmızı bildirmişik, tələb etmişik ki, Qubad İbadoğlunu dərhal azad etsinlər və ona müvafiq tibbi yardım göstərsinlər. Biz Qubad İbadoğlunun ailəsi və insan hüquqları təşkilatları ilə daim əlaqədəyik. Bundan sonra da Azərbaycanla danışıqlarda həm Bəxtiyar Hacıyevin, həm də Qubad İbadoğlunun azad olunmasını tələb edəcəyik. Ölkədə insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmalıdır.