2023/2832(RSP))
Avropa Parlamenti,
– Azərbaycanla bağlı qəbul etdiyi əvvəlki qətnamələri,
– Özünün Prosedur Qaydalarını, 144(5) və 132(4) saylı Qaydaları
NƏZƏRƏ ALARAQ BƏYAN EDİR:
A. Tanınmış iqtisadçı alim və görkəmli siyasi xadimi Qubad İbadoğlu 23 iyul 2023-cü ildə zorakılıq tətbiq olunaraq qanunsuz şəkildə həbs olunub, hazırda əsassız ittihamlarla həbsxanada saxlanılır, ailəsi və vəkilləri ilə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub, qeyri-insani rəftara məruz qalıb.
B. O, korrupsiya, ictimai vəsaitlərin səmərəsiz istifadəsi, büdcə şəffaflığının olmaması ilə bağlı Azərbaycan hökumətinin təndidçisi kimi tanınır; O, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir və hökumət onun təşkilatını qeydə almaqdan həmişə imtina edib;
C. Qubad İbadoğlunu qondarma ittihamlarla 12 ilə qədər azadlıqdan məhrum etmək istəyirlər;
D. O, tibbi yardım tələb edən ciddi xəstəliklərdən əziyyət çəkir; 5 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi müvəqqəti tədbirlər görülməsinə qərar verərək Azərbaycan hökumətinə Qubad İbadoğlunun sağlamlığının qorunması üçün təcili tədbirlər görməyi yazıb; Buna baxmayaraq onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib;
E. Müstəqil mötəbər təşkilatların məlumatına görə, Azərbaycanda 200-dən çox siyasi məhbus var, bu siyahıya jurnalistlər, vətəndaş hüquqlarının müdafiəçiləri və müxalif siyasətçilər daxildir; Məhəmməd Mirzəli kimi hüquq müdafiəçiləri ölkə sərhədlərindən kənarda təhdidlərə məruz qalırlar;
1. Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik; Onun adekvat tibbi müalicə və dərmanlarla təmin olunmasını təkid edirik; Bildiririk ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır, Qubad İbadoğlunun vətəndaş aktivliyinin nəticəsidir və siyasi xarakter daşıyır;
2. VP/HR-ı (vitse-prezidenti, Ali Nümayəndəni), EEAS-i (Xarici İşlər Nazirliyini) və üzv dövlətləri bütün ikitərəfli görüşlərdə, həmçinin imzalanması bütün siyasi məhbusların azad olunmasını nəzərdə tutan tərəfdaşlıq sazişi ilə bağlı gələcək danışıqlarda Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki ciddi pozuntuları mühakiməyə etməyə, həmçinin Qubad İbadoğlunun işi kimi məsələləri önə çıxarmağa çağırırıq.
3. Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, onlara qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə və ekstraterritorial repressiyaları dayandırmağa çağırırıq;
4. Qubad İbadoğlunun prosessual hüquqlarının pozulması və ona qarşı zorakı rəftarla bağlı məlumatların müstəqil araşdırlmasına və onun qohumlarının ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çağırırıq;
5. Avropa Birliyinin Nümayəndəliyini Qubad İbadoğlunun işini diqqətdə saxlamağa, məhkəmə proseslərini izləməyə, ona təcridxanada baş çəkməyə və sağlamlığını nəzarət altında saxlamağa çağırırıq;
6. Azərbaycanı öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə, ifadə və toplaşmaq azadlığının həyata keçirilməsi üçün azad və təhlkəsiz mühit təmin etməyə çağırırıq;
7. Avropa Birliyini İnsan Haqları üzrə Qlobal Sanskiya Rejimi çərçivəsində Azərbaycanda insan hüquqlarını kobudcasına pozan azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etməyə çağırırıq;
8. Prezidentə tapşırılır ki, bu qətnaməni Komissiyanın vitse-prezidentinə/Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, üzv dövlətlərin hökumət və parlamentlərinə, habelə Azərbaycan Respublikasının Prezidentinə, Hökumətinə və Parlamentinə göndərsin.