ABŞ Senatının Beynəlxlaq münasibətlər üzrə məsul şəxsi, ABŞ Helsinki Komissiyasının rəhbəri, tanınmış hüquq müdafiəçisi, senator Ben Kardinin (Cardin) çıxışı
- Bəli, doğrudur, biz Azərbaycanla möhkəm əlaqələr qurmaq istəyirik. Bu ölkə bizim üçün çox vacibdir. Prezident Baydenin də tez-tez dediyi kimi xarici siyasətimiz dəyərlərimizə əsaslanmalıdır. Ancaq regionda son baş verənlər fonunda bu prinsipimizə əməl olunduğunu söyləmək çətindir. Mənə çatdırılan konkret bir hadisəyə toxunmaq istəyirəm, bu, ictimai fəal Qubad İbadoğlunun həbsidir. Bilmirəm, Sizin bu haqda məlumatınız var, ya yox, ancaq ABŞ dediklərinə, yazdıqlarına görə fəalları həbsxanaya atanların tərəfində dura bilməz. Bu yanaşma xüsusilə bizim strsateji əlaqələr qurmaq istədiyimiz, maliyyə münasibətlərində olduğiumuz ölkələr üçün qəbuledilməzdir. Biz Azərbaycana qarşı sanksiyaları bir vasitə kimi nəzərdən keçirməliyik. Siz mənə deyin, Prezident Administrasiyası Azərbaycandakı oxşar pozuntularla bağlı nələr edir?
Qalib Toğrul