Universitetin Tələbə Şurasının professor Qubad İbadoğlunun müdafiəsinə həsr olunmuş bəyanatında deyilir:

"Professor İbadoğlu Azərbaycan hakimiyyətini və onun iqtisadi siyasətini tənqid edən məşhur iqtisadçıdır. O, 2018–19 tədris ilində Rutgers Universitetinin iqtisadiyyat fakültəsinin professoru olub".

Bəyanatda professorun xüsusi zorakılıqla həbs olunması, səhhətinin gündən-günə pisləşməsi, müvafiq tibbi yardımla əhatə olunmaması və saxlanma şəraitinin dözülməz olması barədə məlumat verilib.

Bəyanatın sonunda yazılır: "Rutgers Universitetinin Tələbə Şurası bu insan haqları pozuntusunu şiddətlə qınayır və professor Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edir."