Professor Qubad İbadoğlu kimdir?
• Qubad İbadoğlu 1971-ci ildə sentyabrın 12-də (Aşağı Güzlək, Füzuli rayonu) anadan olub;
• Orta məktəbi Bakıda, fizika-riyaziyyat təmayüllü 1-li internat məktəbdə bitirib;
• 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olub;
• 1987-ci il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub;
• 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (fərqlənmə diplomu ilə) bitirib;
• 1996-cı ildə eyni adlı universitetin aspiranturasını bitirib;
• 1996-2015 ci illər arasında Müsavat Partiyasının üzvü olub;
•1996-2003-cü illər arasında Müsavat Partiyasının İqtisadi siyasət komissiyasının sədri, 1997-2014-cü illər arasında Müsavat Partiyası Divan üzvü olub;
•2014-cü ildə Müsavat Partiyasının başqanlığına namizəd olub
• 1999-2000-ci illərdə Polşada Varşava Ali İqtisad Məktəbində doktorluq proqramını müvəffəqiyyətlə başa vurub;
• 1995-1999-cu illərdə “Ekonomiks” İqtisad qəzetinin baş redaktoru;
• 2000-2009-cu illərdə “Ekspert” İqtisad Jurnalının baş redaktoru;
• 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub;
• 2013-2015-ci illərdə Azərbaycan Beyin Mərkəzləri Assosiyasının sədri olub;
• 2012-ci ildən İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi vəzifəsində çalışır;
• 2008-ci ildə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvü;
• 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin üzvü;
• 2011-2012-ci illərdə qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin üzvü;
• 2013-2019-cü illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT)-nin Beynəlxalq İdarə Heyətinin üzvü olub;
• 2020-ci ildən qərargahı Pekində yerləşən CAREC Beyin Mərkəzləri Şəbəkəsinin Strateji Məsləhət Qrupunun üzvüdür;
• 2014-15-ci illərdə BMT-nin İnkişaf Proqramının beynəlxalq məsləhətçi statusu ilə Qırğızıstan hökümətində müşavir vəzifəsində çalışıb, gömrük və büdcə siyasətinin effektivliyinin artırılması sahəsində islahat proqramlarına rəhbərlik edib;
• 2004/2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində;
• 2008/2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində;
• 2015/2016-cı tədris ilində Dürhamda ABŞ-ın Duke Universitetində;
• 2017/2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabağcıl Tədqiqatlar İnstitutunda;
• 2018/2021-ci tədris illərində Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub;
• Dünyanın 80-dək ölkəsində işgüzar səfərlərdə olub, beynəlxalq və regional səviyyəli konfranslarda, dövlət tədbirlərinə, elmi forumlarda, akademik müzakirələrdə məruzələrlə çıxış edib;
• Hazırda, 2021/2022-ci tədris illində Qubad İbadoğlu Böyük Britaniyada London İqtisad və Siyasi Elmlər Məktəbinin professoru və baş elmi işçisi vəzifəsində çalışır;
• 21 fevral 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransındə hərəkatın sədri seçilmişdir.
• 17 oktyabr 2021-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
• Hazırda ictimai-siyasi fəaliyyətini ADR sədri kimi davam etdirir.
• İngilis, rus və türk dillərini bilir
• 3 övladı var