Məqalədə professor Qubad İbadoğlunun Azərbaycan hökumətinin və korrupsiyalaşmış elitanın ən qatı tənqidçisi olduğu, onun iyulun 23-də həyat yoldaşı ilə birlikdə xüsusi zorakılıqla həbs olunduğu yazılır:
- Onu yaxından tanıyanlar, beynəlxlaq hüquq müdafiəçiləri bildirirlər ki, Qubad İbadoğluna qarşı irəli sürülən ittihamların hamısı saxtadır, məqsəd bu tənqidi səsi susdurmaqdır. Azərbaycan hökuməti öz tənqidçilərinə dözümsüz yanaşır. Bu gün ölkədə 200-dən çox siyasi məhbus var. Əgər dünyada tanınmış alimlə bu şəkildə rəftar edirlərsə, görün digər ictimai fəalları nələr gözləyir. İbadoğlu uzun illərdir ki, Azərbaycandakı korrupsiya, şəffaflığın olmaması və pis idarəetmə problemləri ilə məşğuldur. O, qeyd olunan istiqamətlərdə tədqiqatlar aparıb, eyni zamanda ictimai fəal və siyaəstçi kimi fəaliyyət göstərib. Həbs olunan günədək o, dünyada məşhur London İqtisad Məktəbinin professoru olub, eyni zamanda müxtəlif beynəlxalq təşkilatların idarə heyətində təmsil olunub. O sübut edib ki, korrupsiya avtoritar hakimiyyətin ayrılmaz parçasıdır. Beynəlxalq aləmdə azərbaycanlı professoru müdafiə edənlərin sıraları hər gün bir az da sıxlaşır. Sentyabrın ortasında Avropa Parlamenti professorun dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib, ABŞ Dövlət Departamenti dəfələrlə bildirib.”