İnsan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilat olan "Crude Accountability" bu gün ATƏT-in Varşavada keçirilən tədbirində dünya şöhrətli alim, professor Qubad İbadoğlunun qanunsuz həbsi ilə bağlı xüsusi aksiya keçirib.
Təşkilatın nümayəndəsi çıxış edən zaman onun arxasında üzərində Qubad İbadoğlunun şəkli olan və "Fighting corruption is not a crime" (Korrupsiya ilə mübarizə cinayət deyil) şüarı yazılmış köynəklər geyinmiş gənclər dayanıblar.