ABŞ-ın "The Daily Targum" nəşri "Redaktora məktub" rubrikasında professor Qubad İbadoğlunun Rutgers Universitetinin tələbəsi olan kiçik oğlu Emin Bayramlının yazısını dərc edib.

"Atam 3 aya yaxındır ki, Azərbaycanda haqsız yerə həbsdədir" başlıqlı yazıda professor Qubad İbadoğlunun ABŞ-ın nüfuzlu universitetlərində pedaqoji fəaliyyətlə məşğul olduğu, son olaraq London İqtisad Məktəbində çaĺışdığı, onun qanunsuz həbsi, bərbad saxlanma şəraiti və səhhətinin gündən-günə pisləşdiyi barədə geniş məlumat verilir.