Qətnamə üçün hazırlanan vəsatətdə (Motion for a resolution) yazılır:

“Nümayəndələr Palatası London İqtisad Məktəbinin professor Qubad İbadoğlunun qanunsuz həbsini qınayır və qeyd edir ki, İbadoğlu Azərbaycanın hakim elitasını bürümüş dövlət korrupsiyasını açıq şəkildə tənqid edib. Bildiririk ki, “Amnesty International”ın rəyinə görə, Qubad İbadoğluna qarşı ittihamlar əsassızdır və bu, Azərbaycan hökumətinin dinc tənqidə və əksfikirliliyə dözümsüzlüyünü nümayiş etdirir. Həbsdə Qubad İbadoğlunun səhhətinin ciddi şəkildə pisləşməsindən çox narahatıq və Azərbaycan hakimiyyətindən professorun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik!

Böyük Britaniya Azərbaycanda birbaşa xarici sərmayə qoyan nəhəng investor kimi Azərbaycan hökumətini Qubad İbadoğlunun dərhal azad olunması və onun tibbi yardıma çıxışının təmini üçün öz nüfuzundan istifadə etməyə çağırır.”

Leyboristlər Partiyasından Tony Lloydın hazırladığı sənədi artıq 9 deputat imzalayıb ki, bu da məsələnin Böyük Britaniya parlamentində müzakirəyə çıxarılması üçün tələb olunan saydan 3 imza çoxdur.

Sənədi aşağıdakı deputatlar imzalayıblar:

1. Tony Lloyd, Labour

2. Jonathan Edwards, Independent

3. Chris Stephens, Scottish National Party

4. Jeremy Corbyn, Independent

5. Jim Shannon, Democratic Unionist Party

6. Liz Saville Roberts, Plaid Cymru

7. Ben Lake, Plaid Cymru

8. Hywel Williams, Plaid Cymru

9. John McDonnell, Labour

Avropa Şurasının Parlament Assambleyasında da “Azərbaycanda siyasi motivli təqiblərin araşdırılması” ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Qətnamə üçün vəsatətdə (Motion for a resolution) tanınmış antikorrupsiya eksperti və nüfuzlu iqtisadçı Qubad İbadoğlunun qanunsuz həbsi qınanılır və xüsusilə səhhətinin gündən-günə pisləşməsindən narahatlıq ifadə edilir.

Vəsatəti İsveçrədən olan deputat Sibel ARSLAN hazırlayıb. Sənədi Portuqaliya, Avstriya, Böyük Britaniya, İsveçrə, İrlandiya, Belçika, Türkiyə, Almaniya və digər ölkələrdən olan aşağıdakı 24 deputat imzalayıb:

1. ARSLAN Sibel, Switzerland, SOC

2. BAYR Petra, Austria, SOC

3. BEN CHIKHA Fourat, Belgium, SOC

4. BULAI Iulian, Romania, ALDE

5. CASTEL Laura, Spain, UEL

6. CEGONHO Pedro, Portugal, SOC

7. CORBYN Jeremy, United Kingdom, SOC

8. EROTOKRITOU Christiana, Cyprus, SOC

9. ESTRELA Edite, Portugal, SOC

10. FRIDEZ Pierre-Alain, Switzerland, SOC

11. GAVAN Paul, Ireland, UEL

12. GRIFFITHS Leslie, United Kingdom, SOC

13. LOUCAIDES George, Cyprus, UEL

14. LUCKS Max, Germany, SOC

15. MARRA Ada, Switzerland, SOC

16. ORLANDO Andrea, Italy, SOC

17. ÖZTÜRK Berdan, Türkiye, UEL

18. PAPANDREOU George, Greece, SOC

19. RUSSELL Simon, United Kingdom, EC/DA

20. SCHENNACH Stefan, Austria, SOC

21. SCHWABE Frank, Germany, SOC

22. STARÎŞ Constantin, Republic of Moldova, UEL

23. THÓRARINSSON Birgir, Iceland, EPP/CD

24. TÜRK-NACHBAUR Derya, Germany, SOC