Qubad İbadoğlunun həbsinə və işgəncəyə məruz qalmasına verilən beynəlxlaq narazılıq reaksiyası fonunda BP niyə susqunluğunu qoruyur?

Üç aydan artıqdır ki, qanunsuz həbsdə saxlanılan tanınmış azərbaycanlı alim və hüquq müdafiəçisi, ömrünü demokratik cəmiyyət quruculuğuna, şəffaflığa və hesabatlılığa həsr etmiş professor Qubad İbadoğlu saxlanılarkən hücuma məruz qalıb və hökumət ona tibbi yardım göstərməkdən imtina edib. Bütün dünyanın hökumətləri və vətəndaş cəmiyyətləri Azərbaycan hakimiyyətini qınayır və professor Qubad İbadoğlunun qeyd-şərtsiz azadlığını tələb edir.

Bu qədər səslərini ucaldanların olduğu bir vaxtda BP-nin susuqunluğu gözə batır.

ŞƏFFAFLIQ TƏLƏBİNƏ GÖRƏ QANUNSUZ HƏBS

Professor Qubad İbadoğlu 23 iyulda Bakıda (Azərbaycan) hücuma məruz qalıb və qurama ittihamlarla həbs olunub. İbadoğlu ciddi ürək xəstəliyindən və yüksək şəkərdən əziyyət çəkir. Həbsdə olduğu müddətdə onun səhhəti kəskin şəkildə pisləşib. Məqalə çapa hazırlananda İbadoğlunun ailəsi ona tibbi yardım göstərilməsindən kobudluqla imtina edildiyini və bu səbəbdən ciddi narahatlıq keçirdiyini bildirib.

ABŞ, Avropa Birliyi və ATƏT də daxil olmaqla bütün dünyanın hökumətləri, vətəndaş cəmiyyətləri və alimləri Azərbaycan hökumətini bu addımlardan çəkinməyə çağırıblar. Sentyabrın 14-də Avropa Birliyi qətnamə qəbul edərək Qubad İbadoğlunun qanunsuz həbsini şiddətlə qınayıb, onun dərhal azad edilməsinə və onunla zorakı rəftara görə müstəqil araşdırılma başladılmasına çağırış edib.

BP-nin AZƏRBAYCANDAKI SƏRMAYƏLƏRİ

Böyük Britaniya Azərbaycana böyük xarici investisya qoyub, BP isə ölkənin ən nəhəng korporativ xarici investorudur. Şirkət 30 ildir ki, Azərbaycanda çalışır. “Reuters”in məlumatına görə, BP-nin operatorluğu altında Azərbaycanda neft və qaz çıxaran xarici ölkələrin konsorsiumu 16,7 mln. ton neft ixrac edib ki, bu da ümumi ixarcın 88%-i deməkdir.

BP şirkəti Əliyev hakimiyyəti ilə sıx əlaqələri olmasına və Azərbaycan iqtisadiyyatına böyük təsirinə baxmayaraq professor Qubad İbadoğlunun həbsinə ictimai şəkildə münasibət bildirməyib. Bunun əvəzində 2023-cü ilin sentyabrında Qubad İbadoğlu ilkin tibbi yardımsız qalanda BP-nin İdarə Heyətinin sədri Helge Lund “Əsrin müqaviləsi”nin imzalanmasını bayram etmək və “yeni sərmayə imkanlarını” və “əməkdaşlığın perspektivlərini” müzakirəyə çıxarmaq üçün Prezident İlham Əliyevlə görüşdü.

BP-nin saytında yazılır ki, şirkət “təhlkəsizliyi təmin edir, səhvləri deyir, tələblərə əməl edir, inteqrasiya olunmuş vahid komanda kimi çalışmaq üçün başqalarının qayğısına qalır”. Həmçinin, tərəfdaşlarından gözləntilərini də açıqlayır, insan hüquqlarına əməl edilməsi və fikirlərin qorxusuz-ürküsüz söylənməsi üçün münbit şəraiti yaratmaq vacibliyini vurğulayır.

Bütün bunlara baxmayaraq BP mədən sənayesində hesabatlılığın və şəffaflığın təmin edilməsinin parlaq tərəfdarlarından olan professor Qubad İbadoğlunun həbsinə və ona işgəncə verilməsinə gəlincə, öhdəliklərini yerinə yetirmir.

“Hesabatlı olmaq. Biz vədlərimizə əməl edirik – bunu bacarmayanda – və ya səhv edəndə - bunu etiraf edirik. Başqalarının qayğısına qalmaq”, - saytda belə yazılır.

Biz, “Crude Accountability” olaraq BP-ni götürdüyü öhdəliklərini yerinə yetirməyə və professor Qubad İbadoğlunun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək üçün Azərbaycanda olan yüksək nüfuzundan istifadə etməyə çağırırıq.