ABŞ qanunsuz həbs olunan professor Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı addımlarını sərtləşdirir.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Müller bir az öncə keçirdiyi brifinqdə deyib:
"Biz əvvəlki kimi Qubad İbadoğlunun həbsindən çox narahatıq və onun sağlamlağının sürətlə pisləşməsi xəbərlərindən böyük həyəcan keçiririk.
Biz dəfələrlə Azərbaycan hakimiyyətini İbadoğlunu dərhal azad etməyə çağırmışıq.
Biz Azərbaycanı öz konstitusiyasına və götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq fundamental insan hüquq və azadlıqlarını müdafiə etməyə çağırımışıq. Və bu barədə onlara həm ictimai şəkildə, həm də şəxsi qaydada xəbərdarlıq etmişik."