İnsan hüquqlarının müdafiəsi sahəsində tanınmış beynəlxlaq təşkilatlar- “Tom Lantos Human Rights Commission” və “World Movement for Democracy” professor Qubad İbadoğlunun qanunsuz həbsinin 100-cü gününə təsadüf edən Siyasi məhbuslar günündə dünyanın nüfuzlu universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuş alimi qeyd-şərtsiz azad etməyə çağırıb. Çağırışla yanaşı, İbadoğlunun səhhətinin kritik səviyyədə olduğu və lazımi tibbi yardımla əhatə edilmədiyi vurğulanıb.