Almaniya Bundestaqı professor Qubad İbadoğlunun qanunsuz həbsini müzakirəyə çıxaracaq. Bundestaqın Drezden Seçki Dairəsindən deputatı Rasha Nasr Qubad İbadoğlunun ailəsi ilə əlaqə yaradaraq dünya şöhrətli professorun siyasi həbsi məsələsini parlamentin İnsan hüquqları Komitəsində müzakirə çıxarılmasının təşəbbüskarı olacağını deyib.

Komitənin sədri Renata Alt da xəbəri təsdiqləyib və bildirib ki, yaxın günlərdə professor Qubad İbadoğlunun qanunsuz həbsi məsələsi komitə üzvlərinin müzakirəsinə təqdim ediləcək.