“Dissidentləri saymamaq diplomatiyanı məhv edir” başlıqlı məqalədə Michael Rubin Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi, lazımi tibbi yardımla əhatə olunmaması, yüksək şəkər səbəbindən hər an komaya düşə bilməsi barədə məlumat verib və Bayden administrasiyasını tanınmış professoru gərəkli şəkildə müdafiə etməməkdə günahlandırıb.

Müəllif soruşur ki, ABŞ Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim Bakıda olarkən nədən Qubad İbadoğluna baş çəkməyib:

“ABŞ-ın insan hüquq və azadlıqlarını birbaşa müdafiə etməkdən çəkinməsi diktatorlara cəsarət verir və diplomatik yolla nəticə əldə etməyi çətinləşdirir… Blinkenin İbadoğlunun maraqlarını ciddi şəkildə müdafiə etməməsinin nəticəsidir ki, onun oğlunun Nyu-Cersidəki evinə girib, əşyalarını alt-üst etdilər.

Əgər bunun əvəzində ABŞ dissidentlərin müdafiəsinə qalxsa və bəyan etsə ki, repressiv rejimlərin təkcə yardımları kəsilməyəcək, eyni zamanda, Dövlət Departamenti onların məmurlarına və qohumlarına viza verlməyəcək və üstəlik onlara sanksiya tətbiq edəcək, o zaman hər şey yoluna düşər.”

Müəllif fikirlərinin təsdiqi üçün vaxtilə Misirdə və Türkiyədə həbs olunan müxaliflərin azad olunması üçün ABŞ-ın atdığı ciddi addımlardan konkret nümunələr gətirib.

Məqalənin sonunda Michael Rubin yazır:

“Artıq diplomatik yollarla nəsə əldə etmək əvəzinə Sharmahd (İranda ölümə məhkum edilmiş Almaniya vətəndaşı) və İbadoğlu kimi dissidentlərin (girovların) azadlığını tələb etmək vaxtıdır”.