ABŞ-IN JFDP PROQRAMININ 28 MƏZUNU QUBAD İBADOĞLUNUN QANUNSUZ HƏBSİ İLƏ BAĞLI DÖVLƏT DEPARTAMENTİNƏ MÜRACİƏT ETDİ

“Junior Faculty Development Program”ın (JFDP) Balkan ölkələrindən olan 2009-cu il məzunları Xorvatiyanın paytaxtı Zaqrebdəki ABŞ səfirliyinə məktubla müraciət ediblər. Məzunlar JFDP-dən onlarla birgə məzun olmuş London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlunun Azərbaycandakı həbsindən narahat olduqlarını bildiriblər.

Proqramın Xorvatiya, Bosniya, Makedoniya, Serbiya, Albaniya və Kosovodan olan 28 məzunu səfirlik vasitəsilə

ABŞ DÖVLƏT DEPARTAMENTİNDƏN

- Professor Qubad İbadoğlunun məsələsini nəzarətə götürməyi,

- Beynəlxalq hüququn normalarına uyğun olaraq onun dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyi

- və həbsdən azad olunanadək sürətlə pisləşən səhhətinin bərpa olunması üçün lazımi tibbi yardımla əhatə olunmasına kömək göstərməyi

XAHİŞ EDİBLƏR.