“PROFESSOR QUBAD İBADOĞLUNUN SAĞLAMLIĞI İLƏ BAĞLI EŞİTDİKLƏRİMİZDƏN TƏƏSSÜF HİSSİ KEÇİRİRİK”

Bir müddət öncə insan hüquqları və ekologiya sahəsində nüfuzlu beynəxalq təşkilat “Crude Accountability” BP şirkətinə məktub yazaraq iyulun 23-də Azərbaycanda qanunsuz həbs olunan dünya şöhrətli alim, tanınmış hüquq müdafiəçisi, London İqtisad Universitetinin professoru Qubad İbadoğlunun həbsinə münasibət bildirməyə çağırmışdı:

“Öz öhdəliklərinizi yerinə yetirin, Azərbaycana investisiya qoymuş nəhəng xarici investor kimi bu ölkədəki nüfuzunuzdan faydalanıb professor Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edin”.

Bu gün BP-nin İnsan hüquqları və biznes üzrə resurs mərkəzi “Crude Accountability”nin məktubuna cavab verib:

“Əgər bizim fəaliyyətimizlə bağlı deyilsə, biz, adətən, işlədiyimiz ölkələrdə hüquqi/məhkəmə proseslərinə şərh vermirik. Professor Qubad İbadoğluna gəlincə, biz onun sağlamlıq vəziyyəti ilə bağlı eşitdiklərimizdən təəssüf hissi keçirir və ümid edirik ki, bu məsələ tezliklə beynəlxlaq insan hüquqları normasına və milli qanunvericiliyə uyğun olaraq həll olunacaq”.