Hakimiyyət nümayəndələri saxta ittihamlarla həbs olunmuş professor Qubad İbadoğlunun Füzuli rayonunda yaşayan qohumlarını son 4 ayda 2-ci dəfə araşdırmağa və bu yolla onları qorxu və vahimə içərisində saxlamağa cəhd edirlər.

Birinci belə araşdırma qardaşım həbs olunandan sonrakı bir ay içərisində olmuşdu. Yenə başlayıblar, qohumlarımıza zəng edib, onları sorğu-suala tuturlar. Bu prosesdə Füzuli Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları xüsusi fəallıqları ilə seçilirlər. Həyasızcasına hətta 60-70 il öncə rəhmətə getmiş 3-cü və 4-cü dərəcəli qohumlarımızın kimliyinin araşdırılmasına cəhd olunur.

Ay bədbəxtlər, gedin öz küllüyünüzdə eşələnin. Zirinizi-zibilinizi bizdən uzaq eləyin!

Ləyaqət və düzlük simvolu olan Qubad İbadoğlunun nəsil şəcərəsində axtardığınızı - özünüzə xas olan naqisliyi tapa bilməzsiniz!

Qalıb Toğrul (Qubad Ibadoğlunun qardaşı)