Bundestaqın deputatları Lars Rohwer və Kassem Taher Saleh professor Qubad İbadoğlunun müdafiəsinə qalxaraq Azərbaycanın Berlindəki səfirinə məktubla müraciət edib. Məktubda deyilir:
“Professor İbadoğlu hazırda Drezdendə olmalı, Drezden Texnik Universitetində dərs deməli və tədqiqatla məşğul olmalı idi. Bunun əvəzində o, saxta ittihamlarla həbsxanada saxlanılır, ailəsi ilə canlı görüşdən və keyfiyyətli tibbi yardımdan mərhumdur Bu yolverilməzdir!”