Böyük Britaniya insan hüquqlarından bəhs edən 44-cü Universal Dövri Hesabatını açıqlayıb. Bu münasibətlə Böyük Britaniya İnsan Hüquqları Şurasında xüsusi bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Birləşmiş Krallıq Azərbaycanın Universal Dövri Hesabat prosessində iştirakını və minalardan zərəçəkənlərin müdafiəsi sahəsində səylərini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonrakı sülhü möhkəmləndirməyə və yaşayış yerlərini tərk edənlərə kömək göstərməyə çağırırıq.

Professor Qubad İbadoğlunun həbsi bir daha Azərbaycanda ifadə və toplaşmaq azadlığının məhdudlaşdırıldığını təsdiq edir və biz bundan çox narahatıq. Biz Azərbaycanı hamının insan hüquqları sahəsində müdafiəsini yaxşılaşdırmağa çağırırıq.

Bəyanatda Azərbaycana insan hüquqlarının yaxşılaşdırılması ilə bağlı 3 bənd altında tövsiyələr verilib.