Dünyanın 24 şəhərində ingilis dilində 400 min tirajla nəşr olunan gündəlik “Financial Times” qəzeti Azərbaycanda şərlənərək həbs olunmuş dünya şöhrətli alim, London İqtisad Məktəbinin və Drezden Texnik Universitetinin professoru Qubad İbadoğluna məqalə həsr edib.
Məqalədə professor Qubad İbadoğlunun neft-qaz gəlirlərinin səmərəli idarə olunması, Avropanın enerji təhlükəsizliyi, anti-korrupsiya sahəsində apardığı tədqiqatlardan, onların beynəlxlaq əhəmiyyətindən bəhs edilib, eyni zamanda onun şəffaflıq və hesabatlılıq sahəsində dünyada tanınmış ictimai fəal və insan hüquqları müdafiəçisi olduğu vurğulanıb.
Geniş yazıda Qubad İbadoğlunun qanunsuz həbsi, keyfiyyətli tibbi xidmətlə əhatə olunmaması, mənəvi və psixoloji təzyiqə məruz qalması barədə də ətraflı məlumat verilib.