Bu gün (15 sentyabr 2022), Bakı vaxtilə saat 17-də Bakı Apelyasiya Məhkəməsində Partiyanın qeydiyyatına yaratdığı problemə görə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyinə qarşı iddiasına məhkəmə baxışı ikinci dəfə təxirə salınıb. Bundan öncə məhkəmə qarşı tərəfin iclasda iştirak etməməsinə görə təxirə salınmışdı. Bu gün isə ADR Partiyasının nümayəndələrinə məhkəmədən bildiriblər ki, hakim korona virus testi verməyə gedib, əgər onda virus tapılsa məhkəmə qeyri-müəyyən vaxta, əgər tapılmazsa yaxın müddətə qədər təxirə salınır.