Azərbaycanın Kenquru Məhkəməsi bu gün Nərimanov rayonunda quruldu və qanunsuz həbs olunmuş professor Qubad İbadoğlunun həbs müddərini daha 3 ay artırdı.

Çünki Azərbaycanda ədalət məhkəməsi yoxdur, Sifariş Məhkəməsi var, ədalət yoxdur, onun parodiyası var.

☆☆ Kenquru məhkəməsi (Kangaroo Court) bir idiomadır, sıçrayışla ədalətin üstündən hoppanan, sifarişli qərarlar çıxaran, ədalət mühakiməsi görüntüsü yaradan saxta məhkəmələri xarakterizə etmək üçün işlədilir. Bu ifadə ilk dəfə 180 il öncə ABŞ-da işlədilib. Başqalarl üçün uzaq tarix olan, bizim üçün acı reallıqdır, çünki Azərbaycan bütün demokratik dəyərlərdən ən azı 200 il geridədir.

Qalıb Toğrul (Qubad Ibadoğlunun qardaşı)