15 noyabr 2023-cü ildə ABŞ Konqresində Qarabağla bağlı keçirilən dinləmələrdə bir neçə dəfə Azərbaycanda şərlənərək həbs olunmuş professor Qubad İbadoğlunun məsələsi qaldırılıb.

Konqresin Avropa altkomitəsinin üzvü, konqresmen Bill Keating:

“Biz bu gün bura Qarabağ məsələsini müzakirə etməyə gəlmişik, ancaq həm də Qubad İbadoğlu haqda danışmağa yığışmışıq. Qubad İbadoğlu dünyada məşhur iqtisadçı alimlərdən biridir, Azərbaycanda onun hüquqları pozulub və o, qanunsuz olaraq həbs edilib. Bugünkü dinləmədə Dövlət Departamentindən bu məsələ ilə bağlı nələr edəcəyini, onu həbsdən necə azad edəcəyini öyrənmək istəyirik".