İctimai-siyasi xadim, ADR Partiyasının sədri, dünyanın tanınmış iqtisadçı alimlərindən biri və bir çox aparıcı universitetlərinin professoru Qubad İbadoğlu 23 iyul 2023-cü il tarixdə heç bir hüquqi əsası olmayan qondarma ittihamlarla şərlənərək həbs edilmiş və 24 iyul 2023-cü il tarixdə Nərimanov rayon məhkəməsi onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçmişdir. Seçilmiş həbs qətimkan tədbiri müddətinin başa çatmasına baxmayaraq istintaq orqanı ötən müddət ərzində heç bir istintaq araşdırması aparmamış və beləliklə də Q.İbadoğlunun mənəvi, psixoloji və sağlamlıq durumunun təhlükəli həddə olması ilə bağlı cismani işgəncələrə məruz qalmasına məqsədli olaraq şərait yaratmışdır.

Qubad İbadoğlunun səhətində yaranmış həyatı təhlükə ilə bağlı mütərəqqi dünya ictimaiyyətinin, o cümlədən, beynəlxalq birliklərin, aparıcı dövlətlərin, nüfuzlu akademik dairələrin, AİHM-nin və s. çağırışlarına baxmayaraq hakimiyyət onu nəinki azad etməmiş, hətta ötən həbs qətimkan tədbiri müddətində keçirilmiş 25 məhkəmə prosesində pozulmuş hüquqlarının bərpasına dair verilmiş vəsatətlər və şikayətlər heç bir hüquqi əsas göstərilmədən təmin edilməmişdir.

Təyin edilmiş həbs qətimkan tədbiri müddətində istintaqin hər hansı əsaslı araşdırma aparmamasına baxmayaraq 16 noyabr 2023-cü il tarixdə professor Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti əlavə olaraq 3 ay da artırılmışdır.

Əminliklə bəyan edirik ki;

1. Professor Qubad İbadoğlunun həbsi dövlət başçısı İlham Əliyevin siyasi iradəsi əsasında baş tutmuşdur və siyasi xarakterlidir, bilavasitə əliyevlər ailəsi və ətrafının korrupsiya cinayətlərinin ifşası, həmçinin İ.Əliyevin perspektivdə görünən rəqiblərini dövlət resurslarından istifadə edərək sıradançıxarma tədbiri ilə bağlıdır.

2. Qubad İbadoğlunun heç bir gerçək hüquqi əsas olmadan həbsi və ofisində axtarış aparılması hüquq-mühafizə orqanlarının ona və ailəsinə qarşı törətdiyi zorakılıq faktı aşkar cinayət aktıdır,

3. Qubad İbadoğlunun heç bir hüquqi əsas olmadan həbs edilməsi ona və Azərbaycanın fəal ictimai siyasi kəsiminə qarşı .kütləvi qorxu yaratma məqsədi daşıyır və ağır cinayət hərəkətidir,

4. Həbs qətimkan tədbiri müddətinin daha 3 ay artırılması Qubad İbadoğlunun səhhətinin kritik durumda olmasından sui-istifadə edərək onu qeyri-qanuni tələblərə tabe etdirmək məqsədi daşıyır. Bu ləyaqətsizlikdir və dövlət ərkanı ilə bir araya sığmır,

5. Ölkədə məhkəmələrin Ali İcra hakimiyyətdən birbaşa asılılığı şəraitində obyektiv, hüquqi araşdırma aparması mümkünsüzdür və Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri müddətinin heç bir hüquqi əsas olmadan təkrar 3 ay uzadılması yolverilməzdir. Bu qanunsuzluğa kəskin etirazımızı ifadə edərək bildiririk ki, bu, məhkəmənin ədalətə, qanunlara tüpürməsindən başqa bir şey deyil,

6. Bəyanatın preambula hissəsində qeyd edilmiş qanunsuzluqlar – dövlət orqanları tərəfindən Q.İbadoğluya qarşı törədilən bütün qeyri-qanuni və antiinsani əməllərə son verilməli və o, dərhal azad edilməlidir.

7. Azərbaycan hakimiyyətini, xüsusilə ölkə başçısını antikonstitusion xarakterli əməllərdən çəkinməyə dəvət edir, üzərlərinə düşən hüquqi vəzifələri ləyaqətlə yerinə yetirmələrini, siyasi rəqibləri sıradançıxarma tendensiyalarına son qoymalarını və bütün siyasi məhbusları dərhal azad etmələrini tələb edirik.

18 noyabr 2023 cü il