15 noyabr 2023-cü ildə ABŞ Konqresində Qarabağla bağlı keçirilən dinləmələrdə iştirak edən ABŞ Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’brien qurama ittihamlarla 4 ay öncə Azərbaycanda həbs olunmuş dünya şöhrətli azərbaycanlı alim Qubad İbadoğlundan danışıb:

“Professor Qubad İbadoğlunun məsələsi bizim üçün əhəmiyyətli, prioritet məsələdir, o azadlığa çıxanadək biz bu məsələni qaldıracağıq. Mövzusundan asılı olmayaraq Azərbaycanla aparılan bütün danışıqlarda Qubad İbadoğlunun məsələsi mütləq gündəliyə salınmalıdır”.

Qeyd edim ki, James O’brien hazırkı vəzifəyə keçməzdən öncə Dövlət Departamentində Sanksiyalar üzrə əlaqələndirici olub.