ABŞ senatorları və konqresmenləri dövlət katibi Antony Blinkenə müraciət edərək Azərbaycanda qanunsuz həbs olunmuş professor Qubad İbadoğlunun azadlığa çıxması üçün qəti addımar atmağ xahiş ediblər.

Müraciətdə deyilir:

“Hörmətli dövlət katibi Blinken,

Biz aşağıda imza edən ABŞ senatorları və konqresmenləri Sizə yazmaqla hazırda Azərbaycanda həbsdə olan və ədalətsiz ittihamlarla qarşılaşan məşhur iqtisadçı alim, professor Qubad İbadoğlunun hazırki vəziyyətindən dərin narahtlığımızı ifadə edir və Sizdən onun azadlığa buraxılması üçün qəti tədbirlər görməyi təkidlə xahiş edirik.

Professor Qubad İbadoğlu iyulun əvvəlində xəstə anasına baş çəkmək üçün dəvəti professor kimi çalışdığı London İqtisad Məktəbindən məzuniyyətə gəlmişdi. 23 iyul 2023-cü ildə Bakı ətrafında maskalı şəxslər professor Qubad İbadoğlunu və xanımı İradə Bayramovanı zorla maşından düşürmüş və onlara qarşı zorakılıq tətbiq etmişlər. Həyat yoldaşı ilə əlaqə yaratmasına icazə verilməyən İradə Bayramova saxlanıldıqdan bir neçə saat sonra buraxılmış, professor Qubad İbadoğlu isə Azərbaycan hakimiyyətinin girovluğunda qalmışdır. Qubad İbadoğlu həbs edildikdən sonra 2 ay müddətində qeyri-insani münasibətə məruz qalmışdır. Ona ailəsi tərəfindən keyfiyyətli yemək, su verilməsinə qadağa qoyulmuş, tibbi yardımla əhatə olunmamış, şəkərlə diabet də daxil olmaqla digər ciddi xəstəliklərinin müalicəsi üçün lazımi şərait təmin edilməmişdir.

Beynəlxalq Qızıl Xaçın, müstəqil həkimlərin, eyni zamanda ABŞ və Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin professor Qubad İbadoğlunu təcridxanada ziyarət etmək xahişlərinə rədd cavabı verilmişdir. Qubad İbadoğlu Azərbaycan hakimiyyəti tərəfindən işgəncəyə məruz qalmışdır. Professor Qubad İbadoğlu təcili olaraq tibbi yardımla əhatə olunmalı, müalicə edilməli və təcridxanadkı saxlanma şəraiti yaxşılaşdırılmalıdır ki, səhhətindəki pisləşmənin qarşısı alınsın.

Biz, eyni zamanda Azərbaycan hakimiyyətinin professor Qubad İbadoğlunun ailə üzvlərinin susdurulması cəhdlərindən çox narahatıq. Bu ilin avqustunda professor Qubad İbadoğlunun Rutgers Universitetində təhsil alan oğlunun otağına girilərək qarət edilmişdir. Bu hədə faktı bizdə böyük təlaş yaradır, çünki qeyd olunan qanun pozuntusu ABŞ ərazisində baş verib. Bundan başqa, professorun ailə üzvlərinin onlayn hesablarına da müdaxilə olunmuşdur. Azərbaycanın hökumətyanlı mətbuatında professor Qubad İbadoğlunun əleyhnə saxta ittihamlara əsaslanan yazılar dərc olunmuşdur. Qubad İbadoğlu gülünc ittihamlarla - valyuta saxlamaqda və dini ekstremist fəaliyyətdə iştirakda - günahlandırılır.

ABŞ - alimləri və vətəndaş cəmiyyəti fəallarını susdurmağa çalışan Azərbaycan və onun kimi ölkələri aydın şəkildə başa salmalıdır ki, bu kimi transmilli repressiyalar qəbul edilməzdir.

Qubad İbadoğlu şəfafflıq və hesabatlılıq sahəsindəki beynəlxlaq təşkilatların hörmətli üzvlərindəndir, dövlət maliyyəsinin idarə edilməsi, təbii resursların istismarı və korrupsiya sahəsində tədqiqatları ilə dünyada və Azərbaycanda bu işlərə böyük töhfə vermişdir.

Professor Qubad İbadoğlu ABŞ vətəndaşı olmasa da, ölkəmizlə sıx əlaqələri var, o, son illərdə Chapel Hilldəki Şimali Karolina Universitetində, Duke Universitində və Rutgers Universitində dəvətli professor kimi çalışmışdır.

Biz professor Qubad İbadoğlunun ABŞ universitetlərinə və akademik cəmiyyətinə verdiyi töhfəyə hörmət nümayiş etdirərək onu dəstəklədiyimizi bildirir və Bayden Administrasiyasından Qubad İbadoğlunun azad olunması və həyati əhəmiyyətli vasitələrə - tibbi xidmətə və ailəsi-yaxınları ilə azad şəkildə görüşünə imkan yaradılması üçün bütün mümkün diplomatik vasitələri işə salmağı xahiş edirik.

Bundan başqa, biz geniş əhali təbəqələrinə neqativ təsir göstərən siyasi həbslər, vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinin və media azadlığının məhdudlaşdırılması kimi Azərbaycanda insan hüquqları sahəsində baş verən digər təlaş yaradan hadisələrdən narahatıq və Dövlət Departamenti ilə bu sahədə birlikdə işləməyə ümid edirik!

Hörmətlə,

Senatorlar

1.Thom Tillis

2. Christopher A. Coons

3. Ted Budd

4. Tim Kaine

5. Bill Cassidy, M.D.

6. Cory A. Booker

7. Alex Padilla

8. Richard J. Durbin

9. Jeanne Shaheen

Konqresmenlər

1. Christopher H. Smith

2. James P. McGovern

3. Frank Pallone, Jr.

4. Steve Cohen

5. Joaquin Castro

6. Jamie Raskin

7. Jim Costa

8. Marc A. Veasey

9. Gerald E. Connolly