
Böyük Britaniya parlamentinin deputatı xanım Margaret Hodge noyabrın 22-də Bakıda olmuş Böyük Britaniyanın Avropa üzrə naziri cənab Leo Docherty-yə “Azərbaycanda olarkən professor Qubad İbadoğlunun azad olunması ilə bağlı müzakirələr apardınızmı” sualını ünvanlayıb.
Nazir Leo Docherty deyib:
“Biz dəfələrlə professor Qubad İbadoğlunun məsələsini (dərmanlarla təminat və ədalətli məhkəmə prosesi) Azərbaycan hökumətinin yükəsk vəzifəli şəxsləri qarşısında həm Bakıda, həm də Londonda qaldırmışıq. Mən şəxsən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla 22 noyabrda Bakıda baş tutan görüşümdə bu barədə danışmışam.
Oktyabrın 17-də Böyük Britaniyanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri ilə telefon danışığında bu məsələni müzakirə edib. Azərbaycandakı səfirimiz və səfirliyin digər yüksək çinli şəxsləri öz azərbaycanlı həmkarları ilə müzakirələri davam etdirir və məhkəmə proseslərini izləyirlər.
14 noyabrda Böyük Britaniya universal dövri hesabatla bağlı BMT-nin İnsan haqları Şurasında açıqladığı bəyanatında Qubad İbadoğlunun məsələsini xüsusi olaraq qeyd edib. Biz Azərbaycanı hamının insan hüquqlarının müdafiəsini yaxşılaşdırmağa çağırırıq.”