u gün dünyada korrupsiyaya qarşı mübarizə aparan ən böyük platformalardan birindən - “Ödədiyini açıqla” təşkilatının (PWYP) katibliyindən poçtuma belə bir həmrəylik məktubu daxil olub:

“Mən sizə “Ödədiyini açıqla” platformasından yazıram. Yazıram ki, həmkarımız professor Qubad İbadoğlunun ədalətsiz həbsi ilə bağlı dərin kədərimizi ailənizə çatdırım, eyni zamanda bu çətin vaxtlarda Qubad və onun ailəsi ilə həmrəy olduğumuzu ifadə edim.

Üzvlərimizdən həmrəylik əlaməti olaraq Qubad İbadoğluna mesaj (məktub) yazmağı və onunla olan şəkilləri bölüşməyi xahiş etmişdik.

Onları Sizə göndərirəm.

Biz İbadoğlunu və ailəsini bütün mümkün vasitələrlə müdafiə etmək üçün həmişə yanınızdayıq. Əgər hər hansı köməyimiz dəyərsə, zəhmət olmasa, bizə yazın”.

Qardaşıma yazılmış mesajlardan (məktublardan) bəzilərini təqdim edirəm:

____________________________________________________________

Əziz Qubad, sənə qarşı çox qəddar və ədalətsiz davrandıqlarını bilirik və Azərbaycan hakimiyyətini tez bir zamanda bu biarbırçılığa son qoymağa çağırırıq.

Biz sənin haqqında düşünür, var gücümüzlə səni müdafə edirik!

Hörmətlə, Simon

______________________________________________________________

Qubad, sən tək deyilsən! Biz bütün mümkün vasitələrdən istifadə edirik ki, sənə qarşı törədilmiş bu dəhşətli ədalətsizliyə son qoyaq. Ədalət təcəlli edəcək və sən sən azad olunacaqsan!

Hörmətlə, Diana Kaissy

_____________________________________________________________

Əziz Qubad

Biz sənin haqqında düşünürük və bütün gücümüzü və həmrəyliyimizi sənə və ailənə göndəririk!

Hörmətlə, Charlotte

________________________________________________________

Qubad səni azad olunmayınca biz mübarizəmizdən geri durmayacağıq. Yadındadır, bir neçə il öncə Mexikoda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tədbirində iştirak etmişdin.

Yenə gələcəksən!

Səni tezliklə Meksikada gözləyirik!

Hörmətlə, Ароа

_______________________________________________________________

Qubad, biz səninlə həmrəyik, sənin haqqında düşünür, sənə və ailənə dua edirik!

_____________________________________________________________

Əziz Qubad, əvvəllər biz birlikdə işləmişik, birlikdə beynəlxlaq görüşlər təşkil etmişik, mədən sənayesində korrupsiya faktları ilə bağlı fikir mübadiləsi aparmışıq, Biz sənin əzminə və vicdanına bələdik, sən çoxları üçün ilham mənbəyisən!

Biz səni müdafiə edir və Azərbaycan hakimiyyətini səni azad etməyə çağırırıq.

Hörmətlə, Tijah/NIGERIA

_________________________________________________________________

Qubad, biz hamımız sənin haqqında düşünür və sənin azadlığın uğrunda mübarizə aparaırıq. Tezliklə görüşəcəyik!

Hörmətlə, Stephanie Rochford

_________________________________________________________________

Bütün mesajlarla şərhdəki linkdə tanış ola bilərsiniz.

https://padlet.com/ahowarth4/freegubad-pvgkphwobtg8f3e6