Şərlənərək həbs olunmuş London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun qızı Jalə Bayramova BBC World News-a müsahibə verib.
Jalə müsahibəsində atasının qanunsuz həbsindən, ona qarşı irəli sürülən absurd ittihamlardan, Azərbaycanda insan hüquqlarının vəziyyətindən və növbəti ildə keçiriləcək növbədənkənar prezident seçkilərinin ölkədəki siyasi konyukturaya mümkün təsirlərindən danışıb.