İsveç Amnesty International təşkilatı 9 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə İsveçin müxtəlif şəhərlərində London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun azad olunması şüarı ilə aksiya keçiriblər.

Küçələrdə Qubad İbadoğlunun poster və bukletlərindən ibarət xüsusi stendlər qurulub, "Qubad İbadoğluna azadlıq tələb edirik" yazılmış imza vərəqələri sadə isveçlilərin qol çəkməsi üçün stolların üzərinə qoyulub.

Gün boyu İsveç vətəndaşları öz imzaları ilə professor Qubad İbadoğluna azadlıq tələb ediblər.