Dünyanın ən böyük xəbər agentliyi olan “Röyters” (Reuters) “Azərbaycan COP29 iqlim sammitinin keçirilməsi istiqamətində regional dəstək əldə edib” başlıqlı yazı dərc edib.
Məqalədə Dubayda keçirilən COP28 sammitində Şərqi Avropa ölkələrinin Azərbaycanı dəstəkləməklə bağlı razılığa gəlməsi, 32 erməni əsirin təhvil verilməsindən sonra Ermənistanın tədbirə ev sahibliyi etməsi ilə bağlı Azərbaycana mane olmaması barədə məlumat verilir. Məqalədə yazılır ki, Avropa Birliyi və Rusiyanın qarşılıqlı veto istəkləri də Azərbaycanın işinə yarayıb.
Məqalənin “Azərbaycan hökumətinin legitimliyi” bölməsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin dözülməz dərəcədə bərbad olduğu, bu mənada COP29-un Azərbaycanın keçirilməsinə beynəlxalq təşkilatların münasibətinin yaxşı olmaycağı xüsusi vurğulanır:
“London İqtisad Məktəbinin professoru Qubad İbadoğlu bu ilin iyulunda ailəsinə baş çəkməyə gəldiyi Bakıda həbs olunub və saxta pul kəsməkdə və dini ekstremizmdə ittiham olunub.
Qubad İbadoğlu neft, qaz və mineral resursların hesabatlı və şəffaf idarə olunması sahəsində fəaliyyət göstərən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EİTİ) İdarə Heyətində 2013-2019-cu illərdə vətəndaş cəmiyyətini təmsil edib.
ABŞ Dövlət Departamenti və Avropada Təhülkəsizlik və Əməkdaşlıq Təşkilatı London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun həbsini qınamışdılar və onun dərhal azad edilməsini tələb etmişdilər. Sentyabrda isə Avropa Birliyi həbsin birlikdə araşdırılmasını təklif etmişdi.
“Ödədiyini açıqla” (PWYP) təşkilatının əməkdaşı Jason Bardwell “Reuters”ə deyib: “Biz Azərbaycana imkan vermərik ki, söz azadlığı və insan hüquqları sahəsində dözülməz göstəricilərdən diqqət yayındırmaq üçün COP29-dan istifadə etsin. İri neft istehsalçısı kimi Azərbaycan ünvanına söylənən tənqidləri dinləməli və cavab verməlidir”.
Korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatları ilə tanınan Qubad İbadoğlunun qızı Jalə Bayramova da “Reuters”ə bildirib ki, bu qərardan çox təsirlənib:
“Mənim atam apardığı tədqiqatlara görə öz həyatını riskə atıb. Əgər COP29 Azərbaycanda keçiriləcəksə, onda atamın gördüyü işlərin heç bir mənası olmayacaq. COP29 Azərbaycanda keçirilməsi hökumətə legitmliik verir”.