Qardaşımın sərbəst hərəkət qabiliyyətinin məhdudlaşması, onun əsaya möhtac qalması ilə bağlı məlumatı ictimailəşdirdikdən sonra onu əsadan məhrum ediblər.
Halbuki, yıxılıb zədələnməmək üçün əsadan istifadə etməyi Bakı İstintaq Təcridxanasının həkimləri məsləhət görmüşdülər.
Belə görünür ki, əmr yuxarıdan gəlib.
Müalicə müəssisəsinə köçürülməyən, alternativ həkim müayinəsinə imkan yaradılmayan, Qızıl Xaç və digər qanunla qadağan edilməyən təşkilatların başçəkməsinə məhdudiyyət qoyulan qardaşıma əsanı da çox görürlər.
Qalib Toğrul