Məşhur Clooney Foundation London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun saxta ittihamlarla həbsi ilə bağlı prosesi yaxından izləyərək Trial watch hesabatı hazırlayacaq.
Hesabatda professora qarşı ittihamların əsaslılıq dərəcəsi, onun həbsinin qanunvericiliyə zidd (uyğun) olması kimi məsələlər dərindən araşdırılacaq.
Fondun saytında Qubad İbadoğlunun həbsi ilə bağlı aparıcı beynəlxalq təşkilatların mövqeyi də yerləşdirilib, həbsin sifarişli olduğu qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla bağlı sonuncu belə hesabat Tofiq Yaqublunun həbsindən sonra hazırlanmışdı.