7 dekabr 2023-cü il tarixdə ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı İ.Əliyevin verdiyi sərəncam ictimai rəydə bir sıra siyasi, hüquqi, sosial sorunların ortaya çıxmasına səbəb olmaqla yanaşı hakimiyyətin repressiv addımlarının məqsədlərinin aydınlaşmasına da müəyyən qədər yol açmış oldu.
Nəticə etibarı ilə hakimiyyətin qəbul etdiyi bu qərar .hüquqi məna kəsb etsə də mahiyyət etibarılə son 1 ildə vətəndaşların hüquq və azadlıqlarının çox kobud şəkildə pozulması ilə hakimiyyətin öz maraqları acısından bu aşamaya məqsədli və sistemli şəkildə gəldiyinin sübutudur.
Seçkilərdə real namizədlərdən biri, ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun şərlənərək həbs olunmasından sonra həbs dalğasının ciddi şəkildə genişlənməsi siyasi hakimiyyətin daha ciddi məqsədlərinin olduğunun mesajı hesab edilməlidir.
ADR İH hesab edir ki, hakimiyyətin sərəncama qədərki tədbirlərinin nüvəsini təşkil edən "zərərsizləşdirmə" planları
media və siyasi partiyalar haqqında mürtəce qanununların qəbulu ilə başlamış və qanunsuz kütləvi həbslərin həyata keçirilməsilə davam etdirilməkdədir.
Görülmüş bu mürtəce tədbirlər ölkədə qorxu şəraitinin yaradılmasına, seçkidə real müxalif siyasi qüvvələri və rəqibləri prosesdən kənarlaşdırmaqla rəqabət mühitinin ortadan qaldırılmasına və hakim rejimin namizədinin maneəsiz "qələbəsinin" təmin edilməsinə hesablanmışdır.
Korrupsioner YAP rejiminin apardığı. repressiya siyasəti ölkədaxili idarəçilik mexanizminin ayrılmaz və eybəcər tərkib hissəsinə çevrilməklə siyasi təşəbbüslərin irəli sürülməsinə, siyasi təşkilatlanma mexanizmlərinə bir başa təhdid yaratmaqla xalqın təşkilatlanmasına, siyasi mariflənməsinə imkan verməməklə vətəndaşların seçkilərə inamsızlığını formalaşdırmaq, demokratik seçki mühitinin yaradılmasına birbaşa maneəçilik törətmək məqsədi güdür.
ADR Partiyasının..dövlət qeydiyyatına alınmaması, siyasi partiyaların normal fəaliyyət imkanlarından məhrum edilməsi məhz bu məqsədlərə xidmət edir.
ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun, mətbuatın aparıcı simalarından Əvəz Zeynallının, Əziz Orucovun, Rüfət Muradlının, Ülvü Həsənovun, Sevinc Vaqifqızının, Nərgiz Absalamovanın, Hafiz Babalının, Teymur Kərimovun və digərlərinin, ictimai fəal Bəxtiyar Hacıyevin, tanınmış iş adamı, iqtisadçı alim Nazim Bəydəmirlinin, Müsavat partiyasının və MŞ KM-nin üzvü Tofiq Yaqublunun, Milli Müqavimət Hərəkatının rəhbərlərindən biri Rza Səfərsoyun, AXCP-nin 10 nəfərdən artıq üzvünün, İşçi Masasının aparıcı şəxslərinin, Müsavat partiyası başqanının oğlu Orxan Hacılının və sair fəalların şərlənərək həbs edilmələri hakimiyyətin avtoritar idarəçilikdən diktaturaya meyllənmək istəyinin göstəricisidir.
Son zamanlar heç bir qanun, hüquq, beynəlxalq təşkilatlar qarşısında rəsmi öhdəlik məsuliyyəti tanımayan hakimiyyət ölkədə yaratdığı yolsuzluqdan istifadə edərək özü üçün nəyin bahasına olursa olsun "yaşıl zolağın" yaradılmasında maraqlı görünür ki, bu da ölkədaxili gərginliyi artırmaqla yanaşı beynəlxalq miqyasda ölkənin imicinə ciddi təhlükə yaratmaqdadır.
ADR İH hesab edir ki, bu qanunsuz həbslər və ölkədə yaradılmış diktatura şəraiti seçkinin..azad, sərbəst, qanuni əsaslarla keçirilməsini ortadan qaldırmaqla yanaşı seçki prosesində və seckidən sonrakı zamanlarda represiyalar daha da güclənəcək. Hakimiyyət bu siyasətilə ölkənin demokratikləşməsi, azad, hüquqi cəmiyyət quruculuğu və avrointeqrasiya yolunda inkişafa mane .olmağa, öz çıxarlarından dolayı ölkəni səhv siyasi istiqamətə - şimala sürükləməkdə maraqlı görünür. Bu antimilli siyasətə qarşı mübarizə ictimai-siyasi təşkilatlarla yanaşı, həm də hər bir vətəndaşın borcudur.
Bu istiqamətdə bütün real siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin, hüquq müdafcilərinin, ziyalıların birlik nümayiş etdirmələrinə çox böyük ehtiyac yaranmışdır.
ADR İH ölkənin bütün demokratik qüvvələrini xalqın rifahı, dövlətimizin təhlükəsizliyi, müstəqilliyi və azad gələcəyi naminə vahid güc mərkəzində birləşməyin . vacibliyini və vazkeçilməzliyini nəzərə almağa və bu istiqamətdə real addımlar armağa .çağırır.
ADR IH hakimiyyətdən şərlənərək həbs edilmiş ADR Partiyasının sədri, professor Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusların azad olunmasını, vətəndaşların sərbəst toplaşma və ifadə azadlıqlarının təmin edilməsini, siyasi rəqiblərə qarşı repressiv addımlara son verilməsini tələb edir və hakimiyyəti ölkənin gələcəyi ilə bağlı.. yürütdüyü təhlükəli xarici siyasətdə şəxsi hakimiyyət çıxarlarını deyil, ölkənin maraqlarını nəzərə almağa səsləyir