Müvafiq qanun layihəsi müzakirə edilməsi məqsədilə artıq Nyu-Cersi ştatının Senatının müvafiq komitəsinin təqviminə də salınıb. Sanksiyalarla bağlı qanun layihəsini demokrat senator Andrew Zwicker hazırlayıb.
Qanun layihəsində yazılır:
"Nyu-Cersi qanunvericiliyi insan hüquqlarının pozulduğu ölkələrdə fəaliyyət göstərən müəssisələrlə hökumətin əlaqələrini qadağan edir. Ona görə də belə bir qanunun Azərbaycana münasibətdə qəbulu analoji hesab edilir."
Qeyd edək ki, professor Qubad İbadoğlunun ABŞ-dakı sonuncu iş yeri olan Rutgers Universiteti Nyu-Cersi ştatında yerləşir. Bu səbəbdən də Nyu-Cersi Ştatının dövlət qurumları, senator və konqresmenləri bu il iyulun 23-də qurama ittihamlarla həbs olunmuş London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun müdafiəsində daha çox fəallıq göstərirlər.