Dünyanın dörd bir yanında – ABŞ-da, Böyük Britaniyada, Niderlandda, Almaniyada, Türkiyədə və digər ölkələrdə nüfuzlu universitetlərdə çalışan onlarla alim professor Qubad İbadoğluna yenil il təbriklərini göndəriblər, ona azadlıq arzulayıblar.
Oxuduqca həm qürurlanıram, həm də utanıram.
Dünyanın fəxr elədiyi alimin Azərbaycanı təmsil etməsi köksümü qabardır, eyni zamanda belə bir alimi şərləyərək həbsə atanların yerinə utanıram!
O təbrikləri növbəti postlarda təqdim edəcəm.
Siz də oxuyun, həmyerlinizlə qürurlanın!
Ancaq utanmayın!
Qoy, alimi haqsız yerə zindana atanlar öz qara əməllərindən utansınlar!